Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-03 17:04:00
DİM: İşçi qrupların iclaslarında sınaq imtahanlarında istifadə edilmiş tapşırıqlar təhlil olunub  

Martın 3-də Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qrupların növbəti iclasları keçirilib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, iclaslarda sınaq imtahanında istifadə edilmiş tapşırıqlar təhlil olunub. Aparılmış təhlil tapşırıqların fənn kurikulumlarının tələblərinə və qüvvədə olan dərsliklərə uyğunluğunu təsdiq edib.

 

İclaslarda iştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirilib və təkliflər verilib. Qeyd və təkliflər müvafiq fənlər üzrə test bankının təkmilləşdirilməsi və qəbul imtahanlarının sual kitabçalarının formalaşdırılmasında nəzərə alınacaq.

 

İşçi qrupların növbəti iclasları martın 10-da olacaq.