
2022-03-04 11:18:00
Buraxılış imtahanı üçün lazım olan bu sənədə abituriyent ciddi nəzarət etməlidir-DİM
“İmtahan iştirakçıları tibbi maska taxmalıdırlar və imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı “İmtahan iştirakçısının sağlamlığı” haqqında bəyannaməni də çap edib özləri ilə gətirməlidirlər. Bəyannamə DİM-in saytında “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və imzalanır.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, imtahanlarda iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunacaq:
- imtahana buraxılış vərəqəsi:
- şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsi;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələri;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)
- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. Məhz bu hissədə abituriyent sənədə öz imzasını atır və hansı gün imtahan verəcəyini qeyd edir.)
Tibbi maska taxmayan, həmçinin qeyd olunan sənədlərdən biri olmayan və ya sənədləri arasında uyğunsuzluq olan abituriyent imtahana buraxılmır.
Bu bölməyə aid digər xəbərlər
DİM buraxılış imtahanındakı yanlış sual iddiasına CAVAB VERDİ
2023-03-13 13:17:04
Buraxılış imtahanında hansı nəticə əsas götürülür?-CAVAB
2023-01-09 11:30:00
Buraxılış imtahanları üçün də sınaq nəzərdə tutulur?-DİM-dən CAVAB
2023-01-07 13:43:00
Buraxılış imtahanında hansı nəticə əsas götürülür?-DİM
2023-01-04 16:40:00
Bu şəxslər üçün xarici dil imtahanının keçiriləcəyi TARİX-DİM
2022-12-29 10:12:00
Blok imtahanının sınaq mərhələsi nə zaman keçiriləcək?-DİM-dən CAVAB
2022-12-27 10:42:00
Buraxılış imtahanında səhv cavab düzgün cavaba təsir edir?-DİM-dən CAVAB
2022-12-19 10:08:00
IX sinif buraxılış nəticəsi qəbul prosesində əsas götürülməlidir?-“Bu mümkün deyil”
2022-12-16 15:17:00
Builki buraxılış imtahanlarında kəskin bal düşümü olacaq?- Vacib proqnoz
2022-11-12 14:00:00
Buraxılış imtahanının necə keçiriləcəyi AÇIQLANDI -Tətbiq tarixi
2022-11-04 16:11:00