
Martın 3-də “2021/2022-ci illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “Open Science Azərbaycan: Gənc Tədqiqatçılar Arasında Open Science Platformasının Təbliği” adlı qrant layihəsi çərçivəsində görülmüş işlərə dair hesabat tədbiri keçirilib.
AzEdu.az xəbər verir ki, Microsoft Teams platforması üzərindən keçirilən tədbirdə Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Elvin Rüstəmov, Tədqiqat və innovasiya sektorunun müdiri səlahiyyətlərini icra edən Vüsalə Əliyeva, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov və digər qonaqlar iştirak etmişdir. Tədbirdə görülmüş işlərin yekununa dair hesabat verilmiş, gələcək planlar üzrə müzakirələr aparılmışdır.
Xatırladaq ki, “2021/2022-ci illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin keçirilməsində məqsəd prioritet istiqamətlər üzrə təhsilin inkişafına xidmət edən ictimai iştirakçılığın təmin olunmasıdır.