Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-04 14:20:00
Təhsil Nazirliyi: 6 günlük iş həftəsi olan təhsil müəssisələrində bazar ertəsi iş günü hesab edilir  

Beş günlük iş həftəsi olan təhsil müəssisələrində 2022-ci il martın 5-i iş günü, mart 7-si isə qeyri-iş günü hesab edilir. Altı günlük iş həftəsi olan təhsil müəssisələrində isə martın 5-i iş gününə təsadüf etdiyindən növbəti həftənin bazar ertəsi – martın 7-si iş günü hesab edilir.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib.