Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-04 16:55:00
Rektor Türkiyə Cümhuriyyətindən olan müəllimləri qəbul edib.

Lənkəran Dövlət Universitetinin (LDU) rektoru, professor  Natiq İbrahimov Türkiyə Respublikasının  Qafqaz Universitetinin baytarlıq fakültəsinin professoru Cihan Kacar və sözügedən universitetin qida məhsulları ixtisası üzrə müəllimi, dosent Güvən Gülbazı qəbul edib.  Professor Natiq İbrahimov LDU ilə Qafqaz Universiteti arasında 2017-ci ilin noyabrında  bağlanmış müqaviləyə  əsasən  müəllim mübadiləsi proqramı çərçivəsində  universitetə gəlib tədris aparan  müəllimlərin LDU ilə bağlı təəssüratları ilə maraqlanıb, tələbələrin hazırlıq səviyyələri haqqında fikirlərini soruşub.

 

       AzEdu.az xəbər verir ki,  Türkiyəli müəllimlər görüşə vaxt ayırdığına və Lənkəran Dövlət Universitetində  onlar üçün yaradılan şəraitə görə universitet rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Cihan Kacar LDU tələbələrinin nəzəri hazırlıq səviyyəsindən razı qaldığını deyib. Söhbət zamanı LDU-da qısa zaman kəsiyində baytarlıq klinikasının yaradılması müzakirə olunub.  Rektor bildirib ki, yaradılacaq  klinikanın  xidmətindən Lənkəran rayonunun və cənub bölgəsinin sahibkarları da yararlana biləcəklər. Qarşılıqlı diskussiyada LDU-nun  Qafqaz Universiteti ilə qarşılıqlı əlaqələrinin perspektivlərindən, aqrar ixtisaslar üzrə keyfiyyətli kadr hazırlığının əsas istiqamətlərindən, tələbə-müəllim mübadiləsini davam etdirməyin vacibliyindən və s.məsələlərdən geniş söz açılıb, fikir və təkliflər səslənib.

 

           Söhbət əsnasında Dosent Güvən Gülbaz  LDU-da  Qida məhsulları mühəndisliyi ixtisası üzrə təhsil alan  tələbələrlə birgə iştirak etdiyi  istehsalat təcrübəsindən danışıb, tələbələrin təcrübi biliklərinin artırılması istiqamətində işlərin genişləndirilməsinin vacibliyini xüsusi vurğulayıb.

Sonda xatirə şəkilləri çəkilib