Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-05 11:07:00
Xüsusi qabiliyyət imtahanlarında iştirak edən nəzarətçilər üçün təlim keçirilib

Dövlət İmtahan Mərkəzində xüsusi qabiliyyət imtahanlarında iştirak edən nəzarətçilər üçün təlim keçirilib.

 

AzEdu.az xəbər verir ki, təlimdə iştirakçılara istiqamətlər üzrə qabiliyyət imtahanlarının xüsusiyyətləri, imtahan zalında nəzarətçilərin yerinə yetirdikləri vəzifələr, abituriyentin davranış qaydaları və digər məsələlər barədə təqdimat edilib. Bununla yanaşı, təlim iştirakçılarının sualları cavablandırılıb, imtahan zamanı yarana biləcək konkret situasiyalara uyğun tövsiyələr verilib.

 

Təlimlərdə əsas məqsəd imtahan texnologiyalarını və imtahanın gedişi ilə bağlı qaydaları izah etmək, nəzarətçilərin fərdi keyfiyyətləri ilə yaxından tanış olmaq, şəxsi anket məlumatlarını dəqiqləşdirmək, imtahan zalının peşəkar idarə olunması üçün mühüm məqamları qeyd etmək, nəzarətçilərin xüsusi hallarda operativ qərar qəbuletmə qabiliyyətlərini interaktiv üsullarla – sorğu-sualla ortaya çıxarmaqdır.

 

Xatırladaq ki, nəzarətçilər üçün qabiliyyət imtahanı günü imtahandan əvvəl də təlim keçirilir.