Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-09 11:00:00
“Abituriyent” jurnalının 2-ci nömrəsi nəşr olunub

Bu nömrədə 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu elanının tam mətni, müsabiqə şərtləri dərc edilib

 

AzEdu.az xəbər verir ki, jurnalda, həmçinin:

-     BƏZİ TEST TAPŞIRIQLARININ İZAHI VƏ TÖVSİYƏLƏR;

-     ABİTURİYENTLƏR ÜÇÜN ELMİ-METODİKİ MƏQALƏLƏR:

      1. TARİX FƏNNİNDƏN “Qarabağ uğrunda Vətən müharibəsi (İkinci Qarabağ müharibəsi)”;

      2. COĞRAFİYA FƏNNİNDƏN “Azərbaycanın iqtisadi rayonları”.

-     CAVABLARIN “CAVAB KARTI” VƏ “CAVAB VƏRƏQİ”NDƏ QEYD OLUNMA QAYDASININ İZAHI;

-     2021-ci ilin TƏLƏBƏ QƏBULU MÜSABİQƏSİNDƏ ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNİN İXTISASLARI ÜZRƏ FORMALAŞMIŞ KEÇİD BALLARI və digər zəruri materiallar təqdim olunub. 

Jurnal iki dildə – Azərbaycan və rus dillərində nəşr edilib.

Jurnalı "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.