Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-09 16:40:00
Təhsil naziri İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb  

Martın 9-da təhsil naziri Emin Əmrullayev İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki, örüş zamanı Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında təhsil sahəsində əlaqələrin hazırkı vəziyyəti və mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib.