
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə bağlı bəzi statistik göstəriciləri təqdim edirik.
AzEdu.az DİM-ə istinadən məlumat verir ki, 2018/2019-cu tədris ilində magistraturaya qəbul imtahanında iştirak etmək üçün ümumilikdə 12387 bakalavr qeydiyyatdan keçib. I mərhələdə müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak edən 7293 bakalavrdan 6388 nəfəri respublika ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olub. Lakin qəbul olan bakalavrlardan təqribən 9%-i qəbul olduğu ali təhsil müəssisəsində qeydiyyatdan keçməyib. Magistraturanın boş qalan plan yerinin müsabiqəsində iştirak etmək üçün isə 631 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 448 nəfər magistraturaya qəbul olub.
Beləliklə, müsabiqənin nəticələrinə əsasən, bu il 6269 bakalavr (Azərbaycan bölməsi üzrə 5752, rus bölməsi üzrə 517) magistratura səviyyəsinə qəbul olunmuşdur. Onlardan 2250 nəfəri dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinə qəbul planı 74.87 % dolub. 2104 plan yeri (25.13 %) boş qalıb.
Magistraturaya qəbul 74 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub. Belə ki, ayrılmış 8373 plan yerinə qeyd olunduğu kimi 6269 bakalavr qəbul olub. Lakin proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri fərqlidir. Misal üçün, hidrometerologiya, hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi, dağ-mədən mühəndisliyi, nəqliyyat servisi, kosmik texnika və texnologiyalar mühəndisliyi, silah və silah sistemlərinin istehsal texnologiyası, yanğın təhlükəsizliyi mühəndisliyi ixtisaslarına aid 12, 25, 29, 57, 60, 61, 71 saylı proqramlara ayrılmış plan yerləri 100% dolub. Ancaq nəzərə almaq lazımdır ki, bu proqramlar üzrə plan yerlərinin sayı az idi və onların tam dolacağı əvvəlcədən gözlənilirdi.
Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi, baytarlıq, filologiya və tərcümə, kitabxanaçılıq, dinşünaslıq, balıqçılıq, çoxişlənən malların texnologiyası mühəndisliyi sahələrinə aid 8, 30, 36, 39, 41, 43, 45, 51, 52, 72 saylı proqramlara ayrılmış plan yerlərinin 60%-dən çoxu boş qalmışdır. Bu proqamlar üzrə də plan yerlərinin dolmayacağı əvvəlcədən məlum idi. Belə ki, həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərindən az idi.
Say etibarilə ən çox bakalavrın müraciət etdiyi 26 (iqtisadiyyat) və 56 (MBA) saylı proqramlar üzrə də plan yerləri müvafiq olaraq 25.5% və 20.3% boş qalıb. Burada da ixtisaslaşma seçiminə buraxılanların sayı plan yerlərindən az olub.
Aşağıdakı cədvəldən hər bir proqram üzrə qəbul planı, qəbul edilənlərin sayı (qəbulolma faizi), vakant yerlərin sayı (faizi) ilə bağlı ətraflı məlumat əldə edə bilərsiniz.
Proqramlar üzrə ali təhsil müəssisələrinin magistraturalarına qəbulun nəticələrinə dair statistika
Qəbul planı | Qəbul edilibdir (o cümlədən, d.s. əsasında) | Qəbulolma faizi | Vakant yerlərin | |||
Azərbaycan bölməsi | Rus bölməsi | Bölmələr üzrə cəmi | sayı (faizi) | |||
Proqram 1 | 99 | 82 (41) | 6 (2) | 88 (43) | 88.89 | 11 (11.11) |
Proqram 2 | 73 | 37 (9) | 6 (2) | 43 (11) | 58.90 | 30 (41.10) |
Proqram 3 | 117 | 87 (41) | 8 (3) | 95 (44) | 81.20 | 22 (18.80) |
Proqram 4 | 30 | 28 (15) | 0 (0) | 28 (15) | 93.33 | 2 (6.67) |
Proqram 5 | 67 | 43 (34) | 6 (2) | 49 (36) | 73.13 | 18 (26.87) |
Proqram 6 | 105 | 68 (28) | 6 (3) | 74 (31) | 70.48 | 31 (29.52) |
Proqram 7 | 26 | 17 (13) | 1 (0) | 18 (13) | 69.23 | 8 (30.77) |
Proqram 8 | 13 | 5 (4) | 0 (0) | 5 (4) | 38.46 | 8 (61.54) |
Proqram 9 | 32 | 27 (15) | 0 (0) | 27 (15) | 84.38 | 5 (15.63) |
Proqram 10 | 25 | 11 (8) | 0 (0) | 11 (8) | 44.00 | 14 (56.00) |
Proqram 11 | 123 | 101 (71) | 12 (4) | 113 (75) | 91.87 | 10 (8.13) |
Proqram 12 | 12 | 12 (7) | 0 (0) | 12 (7) | 100.00 | 0 (0.00) |
Proqram 13 | 83 | 50 (28) | 3 (3) | 53 (31) | 63.86 | 30 (36.14) |
Proqram 14 | 475 | 404 (182) | 33 (15) | 437 (197) | 92.00 | 38 (8.00) |
Proqram 15 | 56 | 34 (18) | 4 (2) | 38 (20) | 67.86 | 18 (32.14) |
Proqram 16 | 124 | 103 (60) | 8 (3) | 111 (63) | 89.52 | 13 (10.48) |
Proqram 17 | 45 | 43 (27) | 0 (0) | 43 (27) | 95.56 | 2 (4.44) |
Proqram 18 | 95 | 70 (29) | 9 (4) | 79 (33) | 83.16 | 16 (16.84) |
Proqram 19 | 169 | 134 (55) | 10 (1) | 144 (56) | 85.21 | 25 (14.79) |
Proqram 20 | 47 | 20 (8) | 1 (0) | 21 (8) | 44.68 | 26 (55.32) |
Proqram 21 | 62 | 36 (24) | 2 (1) | 38 (25) | 61.29 | 24 (38.71) |
Proqram 22 | 135 | 94 (44) | 4 (1) | 98 (45) | 72.59 | 37 (27.41) |
Proqram 23 | 49 | 43 (18) | 4 (2) | 47 (20) | 95.92 | 2 (4.08) |
Proqram 24 | 28 | 21 (11) | 0 (0) | 21 (11) | 75.00 | 7 (25.00) |
Proqram 25 | 4 | 4 (3) | 0 (0) | 4 (3) | 100.00 | 0 (0.00) |
Proqram 26 | 1296 | 893 (339) | 72 (21) | 965 (360) | 74.46 | 331 (25.54) |
Proqram 27 | 338 | 312 (83) | 13 (1) | 325 (84) | 96.15 | 13 (3.85) |
Proqram 28 | 181 | 89 (58) | 8 (5) | 97 (63) | 53.59 | 84 (46.41) |
Proqram 29 | 6 | 6 (5) | 0 (0) | 6 (5) | 100.00 | 0 (0.00) |
Proqram 30 | 10 | 3 (2) | 0 (0) | 3 (2) | 30.00 | 7 (70.00) |
Proqram 31 | 130 | 125 (72) | 3 (1) | 128 (73) | 98.46 | 2 (1.54) |
Proqram 32 | 142 | 103 (51) | 7 (3) | 110 (54) | 77.46 | 32 (22.54) |
Proqram 33 | 177 | 130 (65) | 8 (2) | 138 (67) | 77.97 | 39 (22.03) |
Proqram 34 | 92 | 81 (35) | 2 (0) | 83 (35) | 90.22 | 9 (9.78) |
Proqram 35 | 65 | 29 (21) | 1 (1) | 30 (22) | 46.15 | 35 (53.85) |
Proqram 36 | 32 | 10 (9) | 0 (0) | 10 (9) | 31.25 | 22 (68.75) |
Proqram 37 | 53 | 37 (11) | 1 (0) | 38 (11) | 71.70 | 15 (28.30) |
Proqram 38 | 294 | 188 (42) | 0 (0) | 188 (42) | 63.95 | 106 (36.05) |
Proqram 39 | 47 | 1 (0) | 4 (0) | 5 (0) | 10.64 | 42 (89.36) |
Proqram 40 | 326 | 293 (99) | 12 (0) | 305 (99) | 93.56 | 21 (6.44) |
Proqram 41 | 123 | 27 (6) | 6 (3) | 33 (9) | 26.83 | 90 (73.17) |
Proqram 42 | 94 | 61 (25) | 5 (1) | 66 (26) | 70.21 | 28 (29.79) |
Proqram 43 | 84 | 9 (8) | 2 (2) | 11 (10) | 13.10 | 73 (86.90) |
Proqram 44 | 44 | 8 (8) | 1 (1) | 9 (9) | 20.45 | 35 (79.55) |
Proqram 45 | 33 | 13 (8) | 0 (0) | 13 (8) | 39.39 | 20 (60.61) |
Proqram 46 | 141 | 106 (65) | 1 (1) | 107 (66) | 75.89 | 34 (24.11) |
Proqram 47 | 232 | 91 (47) | 13 (8) | 104 (55) | 44.83 | 128 (55.17) |
Proqram 48 | 66 | 41 (26) | 3 (2) | 44 (28) | 66.67 | 22 (33.33) |
Proqram 49 | 126 | 108 (49) | 9 (1) | 117 (50) | 92.86 | 9 (7.14) |
Proqram 50 | 66 | 38 (11) | 1 (0) | 39 (11) | 59.09 | 27 (40.91) |
Proqram 51 | 16 | 1 (0) | 0 (0) | 1 (0) | 6.25 | 15 (93.75) |
Proqram 52 | 10 | 4 (3) | 0 (0) | 4 (3) | 40.00 | 6 (60.00) |
Proqram 53 | 82 | 43 (17) | 8 (2) | 51 (19) | 62.20 | 31 (37.80) |
Proqram 54 | 38 | 26 (13) | 2 (1) | 28 (14) | 73.68 | 10 (26.32) |
Proqram 55 | 24 | 17 (16) | 2 (2) | 19 (18) | 79.17 | 5 (20.83) |
Proqram 56 | 1555 | 1053 (2) | 186 (0) | 1239 (2) | 79.68 | 316 (20.32) |
Proqram 57 | 6 | 6 (4) | 0 (0) | 6 (4) | 100.00 | 0 (0.00) |
Proqram 58 | 20 | 11 (8) | 5 (5) | 16 (13) | 80.00 | 4 (20.00) |
Proqram 59 | 60 | 45 (10) | 4 (2) | 49 (12) | 81.67 | 11 (18.33) |
Proqram 60 | 4 | 2 (2) | 2 (2) | 4 (4) | 100.00 | 0 (0.00) |
Proqram 61 | 4 | 4 (4) | 0 (0) | 4 (4) | 100.00 | 0 (0.00) |
Proqram 62 | 4 | 3 (3) | 0 (0) | 3 (3) | 75.00 | 1 (25.00) |
Proqram 63 | 4 | 3 (3) | 0 (0) | 3 (3) | 75.00 | 1 (25.00) |
Proqram 64 | 4 | 3 (3) | 0 (0) | 3 (3) | 75.00 | 1 (25.00) |
Proqram 65 | 4 | 3 (3) | 0 (0) | 3 (3) | 75.00 | 1 (25.00) |
Proqram 66 | 10 | 4 (4) | 4 (2) | 8 (6) | 80.00 | 2 (20.00) |
Proqram 67 | 10 | 8 (6) | 0 (0) | 8 (6) | 80.00 | 2 (20.00) |
Proqram 68 | 108 | 64 (32) | 6 (5) | 70 (37) | 64.81 | 38 (35.19) |
Proqram 69 | 32 | 16 (12) | 1 (0) | 17 (12) | 53.13 | 15 (46.88) |
Proqram 70 | 58 | 45 (30) | 2 (2) | 47 (32) | 81.03 | 11 (18.97) |
Proqram 71 | 5 | 5 (5) | 0 (0) | 5 (5) | 100.00 | 0 (0.00) |
Proqram 72 | 16 | 6 (5) | 0 (0) | 6 (5) | 37.50 | 10 (62.50) |
Proqram 73 | 5 | 3 (3) | 0 (0) | 3 (3) | 60.00 | 2 (40.00) |
Proqram 74 | 2 | 1 (0) | 0 (0) | 1 (0) | 50.00 | 1 (50.00) |
Cəmi | 8373 | 5752 (2126) | 517 (124) | 6269 (2250) | 74.87 | 2104 (25.13) |
Qeyd edək ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olanlar 2018-ci il avqustun 16-dan 24-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.