
Fənn olimpiadalarının informatika fənni üzrə respublika mərhələsinin yarımfinal turunun nəticələri elan olunub.
AzEdu.az xəbər verir ki, yarış Bakı şəhəri üzrə 2 (ADA Universiteti və Bakı Mühəndislik Universiteti), bölgələr üzrə isə 3 mərkəzdə (Gəncə şəhəri fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi, Quba rayonu fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyi və Şirvan şəhəri kimya biologiya təmayüllü respublika liseyi) təşkil olunub. Şagirdlərə həll etmək üçün 3 alqoritmik məsələ və 3 saat vaxt verilib.
Aşağı yaş qrupu üzrə ən yüksək nəticə göstərən 30 iştirakçı və 30-cu ilə eyni balı toplayanlar, yuxarı yaş qrupu üzrə ən yüksək nəticə göstərən 50 iştirakçı və 50-ci ilə eyni balı toplayanlar finalda iştirak etmək hüququ qazanıblar.
Qeyd edək ki, respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.