Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-10 13:28:00
İnzibati rəhbər vəzifələr üzrə test imtahanına qeydiyyat davam edir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun olan vəzifələr üzrə martın 13-də keçiriləcək test imtahanına qeydiyyat davam edir.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı martın 11-i saat 11:00-dək aparılacaq. Bu gün saat 13:35-dək olan məlumata görə, 48 (AB - 15, AC – 33) namizəd qeydiyyatdan keçib.

 

Xatırladaq ki, imtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.