
Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsinin qalibi "Şagirdlərin Elektron Elm Jurnalı"nın birinci sayı oxuculara təqdim olunub.
AzEdu.az xəbər verir ki, şagirdlər, bu jurnalda öz maraq dairələrinə uyğun müxtəlif elmi araşdırmalarla tanış olacaqlar.
Bundan əlavə şagirdlərin jurnalda elmi tədqiqatın aparılması və elmi məqalənin yazılması qaydaları ilə əlaqədar da məlumatlar əldə etməsi mümkün olacaq.
Əziz şagirdlər, əgər siz öz məqalənizin də bu jurnalda yer almasını arzu edirsinizsə https://forms.gle/emnEhtpyqXRwmnSV9 bu link vasitəsilə elmi araşdırmalarını göndərə bilərsiniz. Siz jurnal vasitəsilə həm də dünyanın müxtəlif ölkələrində aparılmış yüksək səviyyəli tədqiqatlarla tanış ola bilərsiniz. Belə ki, jurnalda elmi məqalələrin tərcümələri də yer almaqdadır.
Yuxarıda qeyd olunan link ilə tərcümə etdiyiniz məqalələri də redaksiyamıza göndərə bilərsiniz. Sizə gözəl mütaliə diləyir, eyni zamanda elmi məqalələrinizi gözləyirik.
Elektron jurnalla tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz.
agirdlərin-elektron-elm-jurnali.pdf