AzEdu.az xəbər verir ki, biologiya fənni üzrə işçi qrupunun iclasında gündəlik məsələ sınaq imtahanında istifadə edilmiş tapşırıqların təhlili olub. Aparılmış təhlil tapşırıqların fənn kurikulumlarının tələblərinə və qüvvədə olan dərsliklərə uyğunluğunu təsdiq etmişdir.
Tarix fənni üzrə işçi qrupunun iclasında isə respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklərin təhlili aparılıb.
İclaslarda işçi qruplarının üzvləri ilə bərabər DİM-lə ekspert kimi əməkdaşlıq etmək üçün elektron qeydiyyatdan keçmiş şəxslər də iştirak etmişlər. İştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirilib və təkliflər verilib. Qeyd və təkliflər müvafiq fənlər üzrə test bankının təkmilləşdirilməsi və qəbul imtahanlarının sual kitabçalarının formalaşdırılmasında nəzərə alınacaq.
Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.