Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-12 11:59:00
Martın 11-də AMEA Rəyasət Heyətinin iclasında BU VACİB MƏSƏLƏLƏR müzakirə edilib



AMEA-dan AzEdu.az-a bildirilib ki, iclasda ayrı–ayrı institutlarda aparılan struktur islahatları, alimlərin yubileyləri ilə əlaqədar tədbirlər təşkil edilməsi və onların mükafatlandırılması, Elm Günü ilə bağlı yekun sessiyanın keçirilməsi, Azərbaycanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutuna üzvlüyü, AMEA-nın elmi müəssisələrinin “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında iştirakı məsələləri müzakirə olunub.

İclasda çıxış edən AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə martın 27-nin ölkəmizdə Elm Günü kimi qeyd olunduğunu xatırladaraq, bu əlamətdar günlə bağlı müxtəlif səpkili tədbirlər keçirildiyini bildirib. Elm Gününün Novruz bayramı tətilinə təsadüf etdiyinə diqqəti yönəldən akademik yekun sessiyanın aprel ayında, AMEA-nın ümumi yığıncağı ərəfəsində keçirilməsini təklif edib.

AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev akademiyanın elmi müəssisələrinin “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında iştirakına hazırlıqla bağlı məlumat verib. Festivalda AMEA-nın pavilyonu üçün 100 kvadratmetr sahənin ayrıldığını deyən akademik bu nüfuzlu tədbirdə yüksək səviyyədə təmsil olunmaq üçün akademiyanın bütün elmi müəssisələrinin səfərbər olunmasının vacibliyini vurğulayıb.