
Ali təhsil müəssisələri və kolleclərə elektron ərizələrin əbulu davam edir.
Bu il III qrupa iki yeni ixtisas əlavə olunduğu üçün bu qrupu seçən abiturieyentlər müraciət zamanı xüsusilə diqqətli olmaldırlar. Bu istiqamətdə ən çox verilən suallardan biri də alt qrupa daxil olan coğrafiya fənni üzrə bal məhdudiyyətilə bağlıdır.
Bəs III qrupda TC altqrupunu seçən abituriyentlər coğrafiya fənni üzrə imtahandan çox aşağı nəticə əldə edərlərsə, həmin altqrupa daxil olan “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarını seçə bilərlər?
AzEdu.az xəbər verir ki, bu suala Dövlət İmtahan Mərkəzinin cavabında fənlər üzrə hər hansı bal məhdudiyyətinin olmadığı bildirilib:
“TC altqrupunu seçən və ümumi müsabiqə şərtini ödəyən abituriyentlər coğrafiya fənni üzrə imtahandan topladıqları baldan asılı olmayaraq, qeyd olunan ixtisasları seçə biləcəklər. Ümumiyyətlə, ali təhsil müəssisələrinə qəbul imtahanlarında ayrı-ayrı fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur”.
Qeyd edək ki, elektron ərizə qəbulu üçün son müraciət tarixi 17 Martdır.