Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-14 11:00:00
Bu gün respublika fənn müsabiqəsinə qeydiyyat yekunlaşır

Respublika fənn müsabiqələrində iştirak üçün elektron qeydiyyat prosesi martın 14-ü saat 18:00-da başa çatacaq.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bilik yarışında iştirak etmək istəyən şagirdlər portal.edu.az platformasında qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətdən faydalana bilərlər.

 

Qeyd edək ki, VI və VII sinif şagirdlərinin iştirak etdiyi fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə təşkil olunur. Bu müsabiqələrin keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağının artırılmasından ibarətdir.