
Martın 18-də “Gündəm təhsildir” onlayn müzakirə proqramının “Yaradıcı müəllim necə olmalıdır?” mövzusunda növbəti buraxılışı yayımlanacaq.
Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Proqramın budəfəki qonaqları Bakı şəhəri 80 nömrəli tam orta məktəbin tarix müəllimi Aytən Sərdarlı və həmin məktəbin VIII sinif şagirdi Ayan Əhmədovadır.
Aytən Sərdarlı müəllimlərin işə qəbulu müsabiqəsində yüksək bal toplayaraq gənc müəllim kimi fəaliyyətə başlayıb, “Yaradıcı müəllim” təqdimat müsabiqəsində “Yaratmaq elə də çətin deyil” mövzusu ilə I yerin qalibi olub.
Ayan Əhmədova, eyni zamanda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında Uşaq Səfirlər Məclisinin üzvü və həmin məclisin İKT departamentinin direktoru, “Qızıl Qələm” mükafatı laureatıdır.
Qeyd edək ki, onlayn müzakirə proqramı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.