Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-15 12:30:00
Astara kəndinin məktəblisi  dünyanın məşhur universitetinə təqaüd qazandı

Astara rayonu Pensər kənd 2 nömrəli məktəb-liseyin şagirdi Salman Hüseynov dünyanın top universitetlərindən olan Massaçusest Texnologiya Universitetinin(MIT) təqaüdünü qazanıb.

 

  AzEdu.az  xəbər verir ki. Salman Hüseynov 2019-2020–ci tədris ili üzrə keçirilən respublika fənn olimpiadalarında kimya fənni üzrə II yer, 2020-2021-ci tədris ilində isə I yerin qalibi olub. 

 

Beynəlxalq olimpiadalarda da iştirak edən Astara məktəblisi 2021-ci ildə Yaponiyada təşkil edilən ICHO-Beynəlxalq Kimya Olimpiadasında (distant) III yeri əldə edərək bürünc medal qazanıb.  Salman Hüseynov hazırda beynəlxalq olimpiada hazırlıq mərkəzində kimya fənni üzrə dərslərdə iştirak edir.