Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-15 15:08:00
Azərbaycanda daha 142 nəfər koronavirusa yoluxub, 9 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 243 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 790 962 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 828 nəfər müalicə olunaraq sağalıb, 9 627 nəfər vəfat edib. 1 507 nəfər aktiv xəstə sayını təşkil edib.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 454, bu günə qədər isə ümumilikdə 6 640 773 test icra olunub.