Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-16 15:47:00
AzTU-da növbəti iclası keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyası İctimai Birliyinin ilk iclası keçirilib.

 

AzEdu.az xəbər verir ki, iclasda AzTU-nun rektoru Vilayət Vəliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aidə Bədəlova, AzTU-nun Logistika və Nəqliyyat İnstitutunun direktoru Fuad Daşdəmirov və digər şəxslər iştirak edib.

 

Toplantıda çıxış edən İB-nin sədri Kamran Həbibov bildirib ki, assosiasiyanın əsas məqsədi “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə əksini tapmış logistika sektorunu inkişaf etdirməkdir. O qeyd edib ki, hazırda assosiasiyanın qarşısında duran ən mühüm vəzifə dövlət qurumları ilə sıx əməkdaşlıq etmək, logistika bazarı haqqında son və aktual məlumatları onlara çatdırmaq, ölkəmizin müxtəlif təhsil və təlim müəssisələri ilə birlikdə xarici mütəxəssisləri cəlb etməklə praktiki məşğələlər və seminarlar təşkil edərək yerli kadrların peşakarlığını artırmaq, Azərbaycan üzərindən tranziti təbliğ etməkdir.

 

Daha sonra çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev ictimai birliyin həyata keçirdiyi layihələrdən danışıb. Bildirib ki, universitetlə ictimai birliyin əməkdaşlığı nəticəsində nəqliyyat sahəsi üzrə təhsil alan tələbələr elmi biliklərlə yanaşı, assosiasiya üzvlərinin bölüşəcəkləri praktiki biliklərə də yiyələnəcəklər. Bu da onların yüksəkixtisaslı kadr kimi hazırlanmasında müsbət rol oynayacaq.