Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-16 15:59:00
DİM-də korrupsiyaya qarşı mübarizə mövzusunda təlim keçirilib 

Martın 16-da korrupsiya qarşı mübarizə üzrə aparıcı beynəlxalq qeyri-hökumət təşkilatı olan “Transparency İnternational” Azərbaycan təşkilatı və Dövlət İmtahan Mərkəzinin birgə əməkdaşlığı ilə dövlət qulluqçularına korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları mövzusunda təlim keçirilib.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, təlimdə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin 35 əməkdaşı iştirak edib.

 

Mərkəzin Hüquqi təminat və dövlət qulluğu məsələləri şöbəsinin müdiri Vüqar Əsgərov “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda etika anlayışı, etikanın dövlət qulluğunda əhəmiyyəti, etik davranış qaydaları haqqında yerli və beynəlxalq sənədlər, bu qaydaların növləri, həyata keçirilməsinin təmin olunması barədə təlim iştirakçılarına məlumat verilib.

 

Təlimin sonunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları mövzusunda aktual məsələlərin müzakirəsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.