Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-17 10:58:00
Ramiz Mehdiyev AMEA-ya niyə gəlib? - SƏBƏBİ BİLİNDİ  

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyevin akademiyaya gəlməsi barədə xəbərlər yayılmışdı. Onun AMEA-da gizli şəkildə iclas keçirdiyi bildirilirdi. Lakin məlum olub ki, Ramiz Mehdiyev akademiyaya şəxsi əşyalarını götürmək üçün gəlib.

 

Bu barədə  AMEA-nın Rəyasət heyətinin mətbuat katibi Azadə Balayeva məlumat verib.

 

"Ramiz Mehdiyev dünən əşyalarını götürmək üçün akademiyaya gəlib", - deyə AMEA sözçüsü bildirib.

 

O, həmçinin qeyd edib ki, R. Mehdiyev AMEA-nın həqiqi üzvü və akademikdir. Digər üzvlər kimi o da AMEA-ya gəlib-gedə bilər.

 

Xatırladaq ki, amademik Ramiz Mehdiyev AMEA-nın Prezidenti vəzifəsindən azad olunması ilə bağlı fevralın 14-də ərizə yazmışdı. Onun ərizəsi AMEA Rəyasət Heyəti tərəfindən qəbul olunub. Bundan əlavə, AMEA prezidentinin səlahiyyətləri birinci vitse-prezident Arif Həşimova həvalə edilib.

 

modern.az