
Azərbaycanda tədqiqatla bağlı fundamental məsələlərin təqdim edildiyi sayt istifadəyə verilib. Tedqiqat.com adlı saytın ideya müəllifi İnqilab Şahbazova əsasən, sayt tədqiqatla bağlı məlumat axtaran hər kəs – tələbələr, peşəkarlar və digər şəxslər üçün nəzərdə tutulub.
Saytın unikal xüsusiyyəti hər tədqiqat metodu üzrə real nümunələrin təqdim edilməsidir. Bununla yanaşı, Azərbaycan dilində ilk dəfədir hazırlanan ‘‘Tədqiqat xəritəsi’’ də saytda yerləşdirilib.
Qeyd edək ki, yaxın gələcəkdə ingilis dilində olan variantı təqdim ediləcək.
İdeya müəllifi İnqilab Şahbazov ixtisasca sosioloq olub, Sosial Tədqiqatlar Mərkəzinin İctimai Rəyin Öyrənilməsi departamentinin baş məsləhətçisi kimi çalışır. O 2012-ci ildə İngiltərənin Şeffild Universitetinə daxil olaraq, sosiologiya üzrə bakalavr təhsili almışdır. O, magistratura təhsilini isə 2015-16-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində Ədliyyə Sistemi və Kriminologiya üzrə almışdır. Bu günə kimi onun 7 məqaləsi Science Direct və Web of Science informasiya portallarında nəşr edilib. Onun müəllifi olduğu ''Tədqiqat Metodları'' (2019) kitabı yüzlərlə nüsxə satışdan əlavə olaraq, ən azı 5 ali təhsil müəssisəsində dərslik kimi istifadə edilir. Bununla yanaşı, İnqilab Şahbazov sosial tədqiqatlar sahəsində dünyanın ən nüfuzlu sertifikatlarından olan Market Research Society Advanced Certificate in Market and Social Research Practice sertifikatının sahibidir