Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-17 12:47:00
Türkiyeli tələbələr işğaldan azad olunmuş ərazilərə səfər edəcəklər   

Azərbaycanın ümumi təhsil müəssisələrinin şagirdlərindən və onları müşayiət edən müəllimlərdən ibarət 25 nəfərlik heyət Türkiyənin Çanaqqala şəhərinə səfər edib.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 22-dək davam edəcək səfərin əsas məqsədi iki ölkənin şagirdləri arasında ünsiyyətin intensivləşdirilməsi və hər iki ölkənin tarixində xüsusi yer alan hadisələrin birgə qeyd olunmasıdır.

 

Səfər çərçivəsində heyət martın 16-18-də Çanaqqala şəhərində bir neçə rəsmi proqrama qatılacaq və sözügedən şəhərdə yerləşən Troia Antik Şəhərini, “Çimenlik” qalasını və şəhidlər xiyabanlarını ziyarət edəcəklər. Daha sonra heyət İstanbul şəhərinə gedəcək və martın 19-22-də Ayasofya məscidi, Çamlıca qülləsi və digər tarixi abidələrlə tanış olacaqlar.

 

Qeyd edək ki, səfərin və qarşılıqlı əməkdaşlığın davamı olaraq isə bu ilin may-iyun aylarında Türkiyənin ümumi təhsil müəssisələrinin şagird və müəllimlərindən ibarət heyətin Bakı şəhərinə və işğaldan azad olunmuş ərazilərə səfəri nəzərdə tutulur.