
2022-03-17 15:35:00
Üç yüz ukraynalı şagird Portuqaliya məktəblərində təhsilə cəlb olunub
Ukraynadakı hərbi münaqişədən qaçan üç yüz ukraynalı şagird Portuqaliya məktəblərində təhsilə rəsmən cəlb olunub.
Bunu Portuqaliyanın təhsil naziri Tiaqo Brandao Rodriges Avropa İttifaqının 27 dövlətinin təhsil nazirlərinin Ukraynanın təhsil sisteminə koordinasiya olunmuş dəstəyini müzakirə edən qeyri-rəsmi videokonfransda deyib. Onun sözlərinə görə, yaxın gələcəkdə ölkənin məktəblərində ukraynalı şagirdlərin sayının artacağı gözlənilir.
T.Rodriges qeyd edib ki, Portuqaliyanın Təhsil Nazirliyi azyaşlı uşaqların ölkədəki uşaq bağçalarına cəlb olunması üçün tədbirlər üzərində işləyir.
Ukraynadakı hərbi vəziyyət 1,5 milyon məktəb yaşlı uşağı ölkəni tərk etməyə məcbur edib.
azertac
Bu bölməyə aid digər xəbərlər
21 yaşlı tələbə qəfil öldü
2024-09-12 09:04:33
Cəlilabadda 3 gün əvvəl evdə yanğın zamanı xəsarət alan azyaşlı ölüb
2024-09-11 17:21:00
Azərbaycan gəncləri WorldSkills yarışlarında iştirak edirlər
2024-09-11 11:52:54
Bu universitetin əməkdaşlarının maaşları 30% ARTIRILACAQ
2024-09-10 17:40:00
Universitetlərin boş qalan yerlərinə qəbul olan şəxslərin qeydiyyatı başlayıb
2024-09-09 18:02:33
Namaz qılmaq üçün məscidə getdi - Yoxa çıxdı
2024-09-09 10:01:17
Ana bətnindəki uşağı autizmdən qoruyan məhsul
2024-09-09 08:51:18
14 yaşlı qızı avtomobil vurub
2024-09-08 09:24:14
13 yaşlı sərnişin yol qəzasında ölüb
2024-09-07 16:03:47
“5 saniyə geciksəydim...” - Körpəni xilas edən maşinist
2024-09-06 14:59:47