Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-17 15:47:00
BU SAYDA namizəd dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib

On bir dövlət orqanında mövcud olan 64 vakant vəzifə üzrə martın 11-dən başlanan daxili müsahibə davam edir.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, müsahibədə iştirak üçün 89 nəfər qeydiyyatdan keçib. Bu gün saat 15:50-yə olan məlumata görə, müsahibədə uğur qazanmış 30 namizəd dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Müsahibələrin martın 31-dək keçirilməsi planlaşdırılır.