
2022-03-17 17:40:00
Məktəblərdə “İT sinifləri”nin sayı artırılır
“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində məktəblərdə “İT sinifləri”nin genişləndirilməsi üçün hazırlıqlara başlanılıb. Növbəti tədris ilində bu siniflərdə şagird sayının 1000 nəfəri əhatə etməsi nəzərdə tutulub.
2021-2022-ci tədris ilində Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərləri üzrə 11 məktəbdə pilot “İT sinifləri”nə start verilib. Bu siniflərdə təşkil olunan dərslərə qeyd olunan şəhər məktəblərinin Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 316 nəfər X sinif şagirdi cəlb olunub.
Dərslərin əsas məqsədi intensiv İT hazırlığı və şagirdlərin İT peşələrinə hazırlanmasıdır. Bu siniflərdə informatika fənni həftədə 5 dəfə keçirilir. Təlim keçmiş müəllimlər tərəfindən dərslərdə şagirdlərə Python-da alqoritmlər və verilənlər strukturu, Python-da oyun dizaynı, şəhər mühitinin veb-dizayn və layihələndirilməsi kimi sahələr öyrədilir.
Hazırda “Rəqəmsal bacarıqlar” layihəsi ölkənin 16 şəhər və rayonunda 250 məktəbdə 1580-dən çox müəllim və 190 000 şagirdi əhatə edir.
modern.az
Bu bölməyə aid digər xəbərlər
21 yaşlı tələbə qəfil öldü
2024-09-12 09:04:33
Cəlilabadda 3 gün əvvəl evdə yanğın zamanı xəsarət alan azyaşlı ölüb
2024-09-11 17:21:00
Azərbaycan gəncləri WorldSkills yarışlarında iştirak edirlər
2024-09-11 11:52:54
Bu universitetin əməkdaşlarının maaşları 30% ARTIRILACAQ
2024-09-10 17:40:00
Universitetlərin boş qalan yerlərinə qəbul olan şəxslərin qeydiyyatı başlayıb
2024-09-09 18:02:33
Namaz qılmaq üçün məscidə getdi - Yoxa çıxdı
2024-09-09 10:01:17
Ana bətnindəki uşağı autizmdən qoruyan məhsul
2024-09-09 08:51:18
14 yaşlı qızı avtomobil vurub
2024-09-08 09:24:14
13 yaşlı sərnişin yol qəzasında ölüb
2024-09-07 16:03:47
“5 saniyə geciksəydim...” - Körpəni xilas edən maşinist
2024-09-06 14:59:47