
2022-03-18 11:05:00
Avropa İttifaqı Şurası Ukrayna təhsilinə necə dəstək göstərəcək?-Qərar
16 Mart tarixində Avropa İttifaqı Şurasının təhsil nazirlərinin Ukraynaya təhsil və elm sahəsində dəstəyinə dair iclası keçirilib.
Fransa Respublikasının Təhsil, Gənclər və İdman naziri Jan-Mişel Blanş iclasın qərarını martın 17-si öz tvitter səhifəsindəki paylaşımla açıqlayıb.
AzEdu.az xəbər verir ki, Avropa İttifaqının Təhsil nazirləri Şurası Avropa fondlarından ayrılan vəsaitin yenidən bölüşdürülməsi və Aİ-yə üzv dövlətlərin təhsil sistemlərinə maliyyə dəstəyinin təmin edilməsilə Ukrayna təhsilinə aşağıdakı istiqamətlərdə yardım göstəriləcək:
- Avropa ölkələrinə təxliyə olunan ukraynalı şagirdlərin orada olan məktəblərə qəbulunu dəstəkləmək üçün Avropa fondlarının yenidən təsis edilməsi;
- Ukraynalı təhsilalanların mümkün qədər normal həyata geri qayıda bilmələri üçün prosesi sadələşdirərək təhsillərini asanlaşdırmaq;
- Avropa ölkələri,xüsusilə Ukrayna distant təhsil platforması və eTwinning proqramı vasitəsilə Ukrayna mədəniyyətinə, dilinə və təhsil sisteminə əlçatanlığı qaranti edəcək;
- Ukrayna təhsil sisteminin yenidən qurulması üçün mövcud mexanizmlərə əlavə dəstək göstərmək;
- Müəllimlər üçün ortaq onlayn resurslara çıxışı təmin etmnək.
Qeyd edək ki, bazar ertəsindən etibarən Ukraynada tədris prosesi bölgələrdəki vəziyyətə uyğun olaraq bərpa edilib.
Bu bölməyə aid digər xəbərlər
12 istedadlı gəncimiz xarici universitetlərə qəbul olunub
2023-07-21 10:33:05
Macarıstanda təhsil alacaq azərbaycanlı gənclər SEÇİLDİ
2023-07-06 09:42:17
Xaricdə təhsil üçün müraciətlərin sayı: 600-ü təsdiqlənib
2023-06-24 16:42:00
Azərbaycanlı gənclər bu xarici ölkələrdə təhsil alırlar - SİYAHI
2023-06-22 10:47:00
Xaricdə təhsil şirkətlərini necə seçməliyik ? - TÖVSİYƏLƏR
2023-06-20 14:02:41
Şagirdlərimiz Beynəlxalq Olimpiadada uğur qazanıblar - ADLAR
2023-06-19 12:07:13
Qadınlar informasiya texnologiyası üzrə peşələri pulsuz öyrənəcəklər
2023-06-05 11:38:00
Yeni ali təhsil sisteminə keçən 6 universitetin adı açıqlandı
2023-05-15 11:27:00
Əcnəbi tələbələrin sayı kəskin azalıb
2023-05-15 10:50:00
1-ci kurs tələbəsi dövlətə xəyanətdə ittiham olunur
2023-05-15 09:33:00