Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-18 13:06:00
Neft və Sənaye Universitetinin əməkdaşları “Borusan Cat” şirkətində  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri “Borusan Cat” Azərbaycan şirkətində olublar.

 

AzEdu.az xəbər verir  ki, görüşdə ADNSU-nun əməkdaşlarına “Borusan Cat” Azərbaycan şirkətinin fəaliyyəti haqqında məlumat verilib. Qeyd edilib ki, şirkət bu ildən ali təhsil müəssisələri ilə sıx əməkdaşlığa başlayıb. Məqsəd mexanika mühəndisliyi və elektrik mühəndisliyi üzrə yuxarı kurs tələbələrinin müəssisədə təcrübə keçməsini təmin etmək və müsabiqə ilə gənc və istedadlı mütəxəssisləri işə cəlb etməkdir.

 

ADNSU-nun Neft-mexanika fakültəsinin dekanı dosent Əli Hikmət Əhmədov universitetin hazırladığı mütəxəssislərə yerli və beynəlxalq səviyyəli şirkət və ya müəssisələrdə ehtiyac olduğunu deyib.

 

Sonra şirkət nümayəndələri təcrübə proqramı ilə bağlı məlumat veriblər. Bildirilib ki, təcrübə proqramında əsas məqsəd tələbələrin biliyinin aşkara çıxarılması və istedadlı gəncləri əməkdaşlığa cəlb etməkdir.

 

Görüşdə ADNSU-nun Neft-mexanika fakültəsinin dekan müavini dosent Tahir Süleymanov, “Borusan Cat” Azərbaycan şirkətinin Xüsusi layihələr və müştəri dəstək üzrə biznes inkişaf lideri İlqar Fəxrəddinov, Servis lideri Toğrul Rüstəmli, İnsan resursları üzrə supervayzer Aytən Məmmədova və mütəxəssis Xanım Həsənova iştirak ediblər.