Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-18 13:33:00
Məktəblilərin geyim forması bu qərar ilə müəyyən olunur  

Məktəblilərin geyim forması dəsti məktəbin Pedaqoji Şurasının qərarı ilə müəyyən olunur və ən azı 3 tədris ili ərzində dəyişilməz olaraq tətbiq edilir.

 

AzEdu.az  xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” haqqında qərarında öz əksini tapıb.

 

 

Qərarda məktəblər üçün nəzərdə tutulmuş 4 rəngdə (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), açıq-qəhvəyi) geyim formasının nümunəsi təklif olunub. Məktəblərin sifarişi əsasında bu qərarda göstərilən rənglərdən və modellərdən istifadə olunmaqla müxtəlif dəstlər hazırlana bilər. Hər məktəbdə yalnız bir geyim forması dəsti tətbiq edilir.