Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-18 14:14:00
AzTU komandası bu yarışının qalibi oldu

Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ali və orta ixtisas təhsili müəssisələrinin komandaları arasında “Novruz Kuboku” uğrunda “Nə?, Harada?, Nə zaman?” intellektual bilik yarışı keçirilib. Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən yarışda 9 komanda iştirak edib.

 

 

AzEdu.az xəbər verir ki, yarış hər birində 12 sual olmaqla iki turda təşkil olunub. Gərgin keçən bilik mübarizəsindən sonra ilk 3 yeri tutan komandaların adları açıqlanıb. Beləliklə, 1-ci yerin və “Novruz Kuboku”nun sahibi Azərbaycan Texniki Universitetinin komandası olub. Bakı Dövlət Universitetinin komandası 2-ci yerə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin komandası isə 3-cü yerə layiq görülüb.