Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-18 14:29:00
ADNSU-da tələbələr üçün seminar-təlim  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Focus Group” şirkətinin mütəxəssisi, klinik psixoloq Fidan Cəbrayılova tələbələrə seminar-təlim keçib.

 

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, ADNSU-nun Məzun-Karyera Mərkəzinin mütəxəssisi Aytac Məlikova təlimin əhəmiyyəti ilə bağlı fikirlərini söyləyib.

 

Sonra “Focus Group”un təsisçisi Ülviyyə Hümmətova şirkət haqqında məlumat verib.

 

Klinik psixoloq Fidan Cəbrayılova özünəinam, onun formalaşması və inkişafına təsir edən amillər və digər bu kimi mövzular haqqında danışıb.

 

Mövzu ilə bağlı müzakirələrdən sonra tələbələrin sualları cavablandırılıb.