Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-16 10:46:13
Yeni tələbə olanların nəzərinə: Kirayə ev axtaranda bunlara aldanmayın –Real qiymətlər və şərtlər

Yeni tədris ilinin  başlanmasına artıq 1ay vaxt qalıb. Avqustun 15-də universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı. Növbəti mərhələdə isə tələbə adını qazananlar,  ali təhsil müəssisələrinə qəbul olunan bəzi tələbələr  artıq kirayə evlərin axtarışındadır.

Etiraf edək ki, bölgələrdən gələn tələbələr hələ dərs başlamazdan əvvəl bu problemlə üzləşirlər. Əksər universitetlərimizin yataqxana imkanlarının olmadığını nəzərə alsaq, xeyli tələbənin artıq kirayə ev haqqında düşündüklərini deyə bilərik. Hətta bəzi şəxslərin bu istiqamətdə tələbələri, onların valideynlərini aldatdıqlarının da şahidi olmuşuq.

Görəsən, ev axtarışında olan tələbələri  ən çox nədə aldadırlar, yaxud, aldadacaqlar? Həm qiymətdə, həm də başqa məsələlərdə...

AzEdu.az  məsələ ilə bağlı ev alqı-satqı məsələləri üzrə ekspert Murad Mənsimova müraciət edib. Onun  sözlərinə görə, kirayə haqqının  tam  dəqiq deyilmədikdə,   tələbələr aldadılır:

 “Kommunal xərclər – “işıq”, “su”, ”qaz pulu” barəsində də dəqiq nəsə deyilmir.  Gah deyirlər evin qiymətinə daxildir,  gah deyirlər  yox! Amma tələbə evə yaşamaq üçün gəldikdə,   hətta “telefon pulu, eləcə də  lift pulunu da ödəməlisən” deyirlər.  Beləliklə,  kirayə haqqının tam dəqiq deməyib   tələbələri  aldadılır.

Tələbələri ev məsələsində aldadan  məqamlardan biri də mənzillərin aylıq kirayə haqlarıdır. Məsələn,   bəzən tələbələrə deyirlər  ki, evin  təmiri çox gözəldir,  amma gedib baxdıqda  bunun tam əksini görürlər.

Həmçinin,  bəzi evlərə  daxil olduqda   tələbəyə lazım olan əşya əlavə əşyaların da  qoyulmadığı görülür.

Onun sözlərinə görə, birotaqlı  tələbələr üçün orta təmirli  evlərin qiyməti 250AZN başlayır  400AZN-ə  qədər davam edir.

“ Supertəmirli  birotaqlı evlərin qiymətləri bahadır.  Bakıda  150-200 manata   evlər də tapmaq mümkündür.  Lakin  onlar normal şəraitli  evlər deyil.

Tələbələr əsasən, şəhərin mərkəzində metrolara,  eləcə də daha  çox oxuduğu universitetlərə yaxın  ərazilərdə kirayə qalmaq istəyirlər və elə yerlərdə də qalmaları daha yaxşıdır.  Bu yolla  həm pula, həm  də vaxta qənəat etmiş olurlar. Şəhər kənarlarında tələbələrin kirayə evdə qalmaqları  məsləhət görülmür”.

 Günel YAŞARQIZI