Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-18 16:38:00
"Məktəbəqədər təhsilin müasir məzmunu" mövzusunda dəyirmi masa  

141 saylı körpələr evi-uşaq bağçasında “Məktəbəqədər təhsilin müasir məzmunu” mövzusunda dəyirmi masa keçirilib.

 

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, dəyirmi masada məktəbəqədər təhsilin müasir məzmunu, yeni yanaşmalar, müasir təlim texnologiyaları haqqında pedaqoji işçilərin sualları cavablandırılıb.

 

Tədbirdə institutun Məktəbəqədər təhsilin inkişafı şöbəsinin müdiri Laləzar Cəfərova, şöbənin əməkdaşları Kifayət Məmmədova, Rüxsarə Tağıyeva və İlahə Orucova iştirak ediblər.