Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-20 13:10:00
Nazirlik kitabını,müəllim isə testini tərtib etdi-"Zəfər tarixi” vəsaiti-FOTOLAR 

44 günlük Vətən müharibəsi başa çatsa da bütün cəmiyyət olaraq yenə də o şanlı günlərə köklənmişik. Azərbaycan Respublikasının prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin birbaşa göstərişi və iştirakı ilə Vətən müharibəsinin qəhrəmanları-Şəhid və Qazilərimizə aid onlarla siyasi, sosial-iqtisadi, mədəni layihələr həyata keçirilmişdir. Hər bir Nazirlik, idarə və təşkilatlarda öz növbəsində bu siyasəti davam etdirmiş, oz fəaliyyəti dairəsində müəyyən işlər görmüşdür.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi də bu sahədə çoxşaxəli və çoxsaylı fəaliyyəti ilə seçilmişdir. Bu fəaliyyətin istiqamətlərindən biri də Şanlı Zəfər tariximizin gənc nəslə çatdırılmasıdır. Bütün Təhsil müəssələrində keçirilən tədbirlərlə yanaşı Təhsil Nazirliyi tərəfindən Ümumtəhsil orta məktəblərinin lX sinifində tədris olunan "Zəfər tarixi" dərsliyi də nəşr edilib məktəblərə paylanmışdır.


Təqdirəlayiq hadisədir ki, ZƏFƏR TARİXİMİZ nəinki dövlət səviyyəsində, həm də hər bir Vətəndaşımızın diqqətindədir. Hər birimiz fəaliyyətimizdə bu sahədə nəsə etməyə çalışırıq. Belə şəxslərdən biri də Abşeron rayon Ceyranbatan qəsəbə 1 saylı tam orta məktəbin tarix müəllimi Cahid İmanovdur. Bu gün müəllimin Zəfər tariximizə aid sayca 3-cü metodiki kitabı çap olunmuşdur. Müəllifin bu kitabı məhz IX sinifdə keçirilən Zəfər Tarixi dərsliyinin Testini əhatə edir.

 


Kitabda həmçinin I Qarabağ və II Qarabağ müharibəsinin qısa xülasəsi, həmçinin bir çox Şəhidimizin döyüş yolu haqqında məlumat verilmişdir