Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-22 14:21:00
Bu abituriyentlər üçün ərizə qəbulu yenidən aktivləşəcək-Diqqət

 

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün elektron sənəd qəbulu 17 Mart tarixində yekunlaşıb.

 

Ancaq bəzi abituriyentlər müəyyən səbəblərə görə sənəd qəbulunu təsdiq edə bilmədiklərini qeyd edirlər.

 

AzEdu.az xəbər verir ki, DİM-in məlumatına əsasən, XI sinfi bu il bitirən, həmçinin keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş abituriyentlər üçün aprel-may aylarında elektron ərizə qəbulu proqramı yenidən aktiv olunacaq.

 

Keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş və çağırış yaşı tamam olan oğlan abituriyentlərin çağırışdan möhlət hüququnun olması və ya çağırışdan azad edilməsi barədə məlumatı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) elektron-məlumat bazasında əks olunduğu halda onlar da qeydiyyatdan keçə biləcəklər. 

 

Qeyd edək ki, ərizə qəbulu proqramının aktiv olunma tarixləri barədə əlavə məlumat veriləcək.