Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-23 12:10:00
Ukraynada indiyədək 121 uşaq ÖLDÜRÜLÜB

Rusiya-Ukrayna müharibəsində indiyədək 121 ukraynalı uşaq öldürülüb, 167 azyaşlı isə yaralanıb.

 

AzEdu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Müvəkkili Lyudmila Denisova açıqlama verib.

 

Müvəkkil bildirib ki, Kiyev vilayətində 61, Xarkovda 41, Donetskdə 40, Çerniqovda 32, Nikolayevdə 24, Kiyev şəhərində 16, Jitomir və və Xersonda 15, Sumıda 14 uşaq müharibədən zərər çəkib.