
2022-03-24 15:21:00
Kolleclərə qəbul üçün müsabiqə şərtləri -IX və XI-lər üçün
AzEdu.az Dövlət İmtahan Mərkəzinə istinadən orta ixtisas təhsili müəssisələrinə qəbul üçün müsabiqə şərtlərini təqdim edir:
11 illik baza əsasında
İxtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir). Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.
“Xoreoqrafiya sənəti” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər.
9 illik baza əsasında
İxtisas seçiminə ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti qoyulmur) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.
“Xoreoqrafiya sənəti” və “Rəqs müəllimliyi” ixtisaslarının müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər
Bu bölməyə aid digər xəbərlər
Qarabağ Universitetində vakansiya var
2024-08-21 19:15:02
Azərbaycanda daha bir tələbə vəfat etdi
2024-05-15 11:30:41
Bu kollecə yeni direktor təyin olunub
2024-05-02 10:24:32
Peşə təhsili alan 73 yaşlı tələbə
2024-03-07 17:05:59
Daha bir tələbə dəm qazından öldü
2024-02-16 15:15:47
Azərbaycanda 3 xüsusi təyinatlı hərbi kollec YARADILIR
2023-12-14 14:09:36
Kolleclərə ixtisas seçiminə kimlər buraxılır? - Rəsmi CAVAB
2023-07-31 11:03:20
Kolleclərə ixtisas seçimi BAŞLADI - ŞƏRTLƏR
2023-07-31 10:59:00
Kolleclərə ixtisas seçiminin vaxtı ELAN OLUNDU
2023-07-28 11:34:56
Kolleclərə ixtisas seçimi nə vaxt elan olunacaq? - DİM CAVAB VERDİ
2023-07-28 10:48:41