
2022-03-25 15:30:00
Azərbaycanlı gənc nüfuzlu dünya şirkətində işə başladı - Təhsil İnstitutunun yetirməsi
ARTİ-nin “Kibertəhlükəsizlik" təlim layihəsini uğurla bitirən Rəşad Əliyev hal-hazırda IBM şirkətində Security Specialist Trainee olaraq işə başlayıb.
AzEdu.az Təhsil İnstitutuna istinadən xəbər verir ki, R.Əliyev bakalavr təhsilini Fransız-Azərbaycan Universitetində Kompüter elmləri üzrə, magistr təhsilini isə Kibertəhlükəsizlik ixtisası üzrə Macarıstanın Eötvös Loránd Universitetində davam edib.
O, qeyd edir ki, bakalavr təhsili boyunca aldığı ümumi kompüter bilikləri fundamental kibertəhlükəsizlik mövzularını başa düşməyinə kömək olub və ARTİ-nin “Kibertəhlükəsizlik” təlim layihəsinin təcrübəli təlimçiləri sayəsində çətinlik çəkməyib.
Təlim boyunca xüsusi platforma və verilən texniki tapşırıqlar sayəsində öyrəndiyi nəzəri məlumatları praktikada həyata keçirə bilən R. Əliyev layihənin təlimçilərinin karyera barədə dəyərli məsləhətlərinə əsaslanaraq özünə müəyyən yol xəritəsi hazırlayıb.
Qeyd edək ki, O ilk işinə Azərbaycan Beynəlxalq Bankında Təhlükəsizliyə Nəzarət Mərkəzinin Analitiki olaraq başlayıb.
Gülcahan Məmmədova
Bu bölməyə aid digər xəbərlər
Birinci sinfə qəbuldan necə imtina etmək olar? - İZAH
2024-05-02 15:20:36
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı MÜJDƏ
2024-04-16 12:28:00
Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılır
2024-04-09 15:52:07
Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək
2024-04-08 14:54:22
Firudin Qurbanov Goranboy şəhəri 1 nömrəli məktəbdə olub
2024-04-05 17:55:16
Elm və təhsil nazirinə yeni müşavir təyin olunub
2024-04-03 16:09:48
Qəbulu test imtahanı ilə aparılacaq dövlət qulluğu vəzifələrinin sayı artırılıb
2024-04-03 15:43:11
Ekspert Bankına qeydiyyat başlayır
2024-03-15 17:46:20
RFO-da finala keçən şagirdlərin statistikası
2024-03-12 17:09:07
Bu kollecin direktor müavini işdən çıxarılıb
2024-03-12 12:32:41