Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-28 16:51:00
“Təhsil vloqeri” müsabiqəsinə start verilir    

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Təhsil vloqeri” müsabiqəsinə start verilir.

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd fərqli ideyaları və innovativ təşəbbüsləri ilə seçilən, maraqlı tədris mühiti formalaşdıraraq şagirdlərinin sevimlisinə çevrilən müəllimlərin ictimaiyyətə tanıdılmasıdır.

Müsabiqə üzrə tələblər:

- İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), çalışdığı təhsil müəssisəsinin adı, tədris etdiyi fənnin adı, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu mayın 20-dək [email protected] elektron ünvanına göndərməlidir.

Qeyd edək ki, müsabiqənin yekununda Təşkilat Komitəsi tərəfindən qaliblər müəyyənləşdirilərək təltif olunacaqlar.