DİM-dən AzEdu.az-a bildiilib ki, gündəlik məsələ hazırlanması nəzərdə tutulan “İnformatika” vəsaitinin “Mətnlərin emalı” bölməsinin müzakirəsi olub.
İclasda həm nəzəri hissənin, həm də həmin hissəyə aid olan “Müstəqil qiymətləndirmə tapşırıqları”nın və “Ümumiləşdirici tapşırıqlar”ın müzakirəsi aparılıb.
Müzakirə zamanı nəzəri materialın müvafiq fənn kurikulumunun təlim nəticələrinə və dərsliklərə uyğunluğuna xüsusi diqqət yetirilib, bildirilmiş fikir və təkliflər nəzərə alınıb.
İşçi qrupunun növbəti iclası 4 aprel 2022-ci il tarixində olacaq.