Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-29 13:17:00
Vakant vəzifələr üzrə daxili müsahibə bu gün başa çatır 

On iki dövlət orqanında mövcud olan 54 vakant vəzifə üzrə ötən il dekabrın 17-dən başlanan daxili müsahibə davam edir.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, müsahibədə iştirak etmək üçün 133 nəfər qeydiyyatdan keçib. Bu gün saat 10:55-ə olan məlumata görə, müsahibədə uğur qazanmış 49 namizəd dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Müsahibələrin martın 29-dək keçirilməsi planlaşdırılır.