Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-31 12:58:00
UNEC-in tələbələri Hərbi Qənimətlər Parkında olublar

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Türk Dünyası İqtisad fakültəsinin tələbələri Hərbi Qənimətlər Parkında olublar.

 

Bu barədə AzEdu.az-a UNEC-dən məlumat verilib.

 

Hərbi Qənimətlər Parkında ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Hərbi Qənimətlər Parkı dövlətimizin gücünün, Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin, tarixi Qələbəmizin dünyaya sübutudur.