Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-31 12:25:00
AzTU əməkdaşları Vətən müharibəsində şəhid olan məzunların ailələrini ziyarət edib-FOTOLAR

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları universitetin 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunları – Tural Xudiyev, Məhəmmədəli İbrahimli, Aslan Rzayev və Ələddin Səidovun ailələrini ziyarət edib.

 

AzEdu.az xəbər verir ki, şəhidlərin ailə üzvləri ilə görüş zamanı onların tələbəlik illərindəki xatirələrindən söhbət açılıb, vətənpərvərlik hisslərinin yüksək olması vurğulanıb. Bildirilib ki, AzTU-da şəhid tələbə və məzunların xatirəsi hər zaman ehtiramla yad edilir və bundan sonra da belə davam edəcək. Qeyd olunub ki, şəhid tələbə və məzunların xatirəsinin əbədiləşdirilməsi, onların gələcək nəsillərə tanıdılması üçün universitetin tələbələri arasında mütəmadi olaraq maarifləndirmə işləri aparılır.

 

AzTU-nun tələbə və məzunlarının torpaqlarımızın ərazi bütövlüyü uğrunda aparılan bütün döyüşlərdə ön sıralarda xidmət etdiyi xüsusi olaraq vurğulanıb.

 

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində AzTU-nun tələbə və məzunları arasından 36 nəfər şəhidlik zirvəsinə ucalıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!