Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-01 12:11:00
Son gündə iki ukraynalı tələbə öldürülüb, biri itkindir-FOTOLAR

 

Ötən gün Ukraynada  fərqli universitetlərdə təhsil alan iki tələbə müharibənin qurbanları olublar.

 

AzEdu.az  xəbər verir ki, hər iki tələbənin ölümü ilə bağlı məlumat yayan Ukrayna Elm və Təhsil Nazirliyi itkilərlə bağlı başsağlığı verib.

 

Onlardan biri Milli Pedaqoji Universitetin, digəri isə Xarkov Politexnik İnstitutunun tələbəsidir.

 

Milli Pedaqoji Universitetinin inkluziv təhsil üzrə II kurs tələbəsi Anastasiya Tagirova martın 30-u Çerniqov şəhərinə humanitar yardım apararkən  avtomobilin keçiddə atəşə tutulması nəticəsində həlak olub.

 

 

Xarkov Politexnik İnstitutunun tələbəsi Kirill Osipenkon müharibənin ilk günündən şəhərin müdafiəsinə könüllü şəkildə qoşulub. Tələbə, Xarkovun müdafiəsi zamanı həlak olub.

 

 

Həmçinin Milli Pedaqoji Universitetinin Mühəndislik və Pedaqogika fakültəsinin I kurs tələbəsi Yuliya Troyandan bir müddətdir ki, xəbər alınmır. İtkin düşən tələbənin axtarışları aparılır.

 

 

Həmçinin hazırda ölkədə çox sayda tələbə könüllü şəkildə müharibədə iştirak edir.