Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-03-31 14:40:00
AzTU tələbələri  “STDC”nin təlimlərində iştirak üçün imtahan verib

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Sumqayıt Texnologiya Data Mərkəzi” MMC (STDC) arasında əməkdaşlıq davam etdirilir. Əməkdaşlıq çərçivəsində AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları və Energetika və avtomatika fakültələrinin bakalavr və magistrant tələbələri “STDC” MMC-nin təşkil etdiyi “Cisco CCNA v7” və "Big data” mövzuları üzrə təlimlərdə iştirak etmək üçün imtahan verib.

 

AzEdu.az xəbər verir ki, AzTU-nun Radiotexnika və telekommunikasiya kafedrasının tərkibində yaradılan “STDC İT” laboratoriyasında təşkil edilən imtahanın sualları “STDC” MMC tərəfindən tərtib olunub. İmtahanın gedişinə AzTU-nun Radiotexnika və telekommunikasiya kafedrasının, Karyera və Məşğulluq Mərkəzinin, həmçinin “STDC” MMC-nin məsul şəxsləri nəzarət edib.

 

Qeyd edək ki, “STDC” MMC-nin təlimlərində iştirak üçün 160 tələbə qeydiyyatdan keçib. Qeydiyyatdan keçən tələbələrin təlimlərdə iştirakı üçün keçirilən imtahanlar növbəli şəkildə davam etdiriləcək.

Nəticələr elan olunduqdan sonra seçilmiş namizədlər təlimlərdə iştirak hüququ qazanacaqlar.