Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-01 12:40:00
UNICEF ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə davam edir  

Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasındakı mövcud əməkdaşlıq çərçivəsində Təhsil İnstitutu tərəfindən icra olunan “Şagirdlərə öyrənmə ehtiyaclarına uyğun dəstəyin göstərilməsi və təhsilverənlərin peşəkar inkişafının təmin edilməsi çərçivəsində fərdi məsləhət xidməti (mentorluq)” layihəsinin 3-cü mərhələsi davam edir.

 

Təhsil İnstitutundan AzEdu.az-a bildirilib ki, COVID-19 pandemiyasının təhsilə mənfi təsirini azaltmaq məqsədilə şagirdlərin öyrənmə ehtiyaclarını yerlərdə müəyyən etmək, onların bilik və bacarıqlarındakı boşluqları aradan qaldırmaq və məktəbdə həm pandemiya dövründə, həm də pandemiyadan sonra təhsilin düzgün təşkilinə təkan vermək üçün Beyləqan və Ağsu rayonlarında ümumilikdə 9 qrupda məşğələlər keçirilir. Məşğələlər layihə mütəxəssisləri tərəfindən müntəzəm monitorinq olunur.

 

Layihənin icrası may ayının sonunadək davam edəcək.