
Buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kurslarını uğurla başa vurmuş müdavimlər üçün sertifikatların verilməsinə başlanılır.
Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, DİM-də kimya, fizika, biologiya, coğrafiya, tarix və ingilis dili fənləri üzrə buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kurslarını uğurla başa vurmuş müdavimlər sertifikatlarını əldə etmək üçün aprelin 4-dən DİM-in Bakı şəhəri, Akademik Həsən Əliyev, 299 ünvanında yerləşən inzibati binasına yaxınlaşmalıdırlar.
Regionlarda yaşayan müdavimlər isə DİM-in Gəncə, Şəki və Göyçay regional bölmələrinə yaxınlaşaraq sertifikatları əldə edə bilərlər.
Müdavimlər sertifikatı almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər