Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-04 10:53:00
Müəyyən ixtisaslar bir anda yox ola, tələb olunmaya bilər-REKTOR

 

 

“Ali təhsildə ən ciddi problemlərdən biri ondan ibarətdir ki, ali təhsil paradiqması dəyişib. Yəni, uzun illər boyu mövcud olan müəyyən ixtisaslar bir anda yox ola bilər”

 

AzEdu.az xəbər verir ki, bunu UNEC rektoru Ədalət Muradov bildirib.

 

Rektor dəyişən dünyada zamanla bəzi ixtisaslara tələb olmaya biləcəyini qeyd edib:

 

“Lakin buna baxmayaraq, insanların ali təhsil haqqında düşüncələri və ali təhsildən gözləntiləri demək olar ki, dəyişməz qalmışdır. Hətta bakalavriaturada təhsil müddətində, yəni dörd il ərzində dünyada o qədər sürətli, güclü və ciddi dəyişikliklər baş verə bilər ki, bu gün təhsil alınan ixtisas tələb olunmaya bilər. Bu ali təhsildə ən ciddi problemlərdən biridir. Bu və buna oxşar problemləri vahid standartlarla həll etmək mümkünsüz görünür”.