Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-04 15:20:00
Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə 1101 layihə təqdim edilib  

Təhsil Nazirliyi tərəfindən keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə layihələrin qəbulu başa çatıb

.

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, VI qrant müsabiqəsinə 1101 layihə təqdim edilib.

 

Qırx beş gün müddətində müsabiqənin rəsmi internet səhifəsi (www.grants.edu.az) üzərindən “Ümumi təhsil müəssisələri kateqoriya”sı üzrə 256, “Fərdi layihələr kateqoriyası” üzrə 845 olmaqla, ümumilikdə 1101 layihə təklifi daxil olub. Bu il daxil olan layihələrin sayı indiyədək keçirilən qrant müsabiqələri içərisində müşahidə edilən ən yüksək göstəricidir. Müsabiqəyə təqdim edilən bütün layihələr qiymətləndirildikdən sonra müraciətçilərin şəxsi kabinetlərinə müvafiq məlumatlar göndəriləcək.